Qızının bədənindəki şeytanı çıxarmaq istəyən ata onu öldürdü


Dünya 13 Mar 2018 19:00:00 218 0

Qızının bədənindəki şeytanı çıxarmaq istəyən ata onu öldürdü

İsveçrədə bir ata-qızın həyata keçirdiyi şeytan çıxarma ayini zamanı ağır yaralanan 25 yaşlı gənc qadın daxili qanamadan sonra dünyasını dəyişib.    Son.az Haberler-ə istinadən xəbər verir ki, Vagenhausen qəsəbəsində yaşayan 50 yaşlı ata Klaus S. 25 yaşlı qızını şeytan çıxarma ayini zamanı öldürüb.

Orta əsrlərdəki inanclara bağlı olan ata qızının şeytan tərəfindən ələ keçirlidiyini düşünərək onu içindən qovmaq məqsədi ilə bir ayin həyata keçirib. Vanessa V. adlı qız atasının yumruq və təpik zərbələrindən sonra ölüb.

Qızın alman atası ilə 2 ildir tanış olduqları üzə çıxıb. Vanessa uşaqkən valideynləri ayrıldığı üçün atasız böyüyüb və anası da atasının kim olduğunu yaxın zamana qədər açıqlamağı rədd edibmiş.

Ayin zamanı öncə masajla başlayan şeytan çıxarma ayini sonra atanın "özündən gedib",  qızın qarnına yumruqlar vurması ilə davam edib.

Vanessanın bağırsaqlarının yırtıldığı, qara ciyərinin parçalandığı və daxili qanamadan sonra öldüyü açıqlanıb. Qatil ata: "Onu incitmək istəmədim, etdiyim hərəkət qəsdən deyildi" deyib. Qızın sevgilisi isə "Görəndə inanmadım. Vanessanın dodaqları gömgöy idi və solmuş siması gözümün qabağında" açıqlamasını edib.

Ata 14 il azadlıqdan məhrum edilib.

Məhəmməd Vaqif

Videonu izləmək üçün şəklə klikləyin: