Yasamalda mənzildən qadın meyiti tapıldı


Digərləri 13 Mar 2018 17:49:00 201 0

Yasamalda mənzildən qadın meyiti tapıldı

Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.