Məhkəmədə faciə: şahidin üzərinə atıldı, güləlləndi VİDEO FOTO


Digərləri 13 Mar 2018 16:28:00 256 0

Məhkəmədə faciə: şahidin üzərinə atıldı, güləlləndi  VİDEO  FOTO

ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti şəhərinin məhkəməsində qanlı olay yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, şəhərdəki küçə bandalarından birinin üzvü, 25 yaşlı müttəhim Siale Aneqilau iclas əsnasında şahid ifadə verərkən yerindən durub, vəkilinin qarşısındakı qələmi götürüb. Daha sonra o, rəqib bandanın üzvü olan şahidin üzərinə atılaraq onu öldürmək istəyib.

Şahid yerindən atılaraq zərbədən yayınıb. Qadın polis zabiti ona 4 dəfə atəş açaraq Anqilaunu güllələyib. Bu zaman digər polis zabiti qışqırırdı: "Qələmi at! At o qələmi!"

Siaelinin vəkili masanın altına girib, prokurorlar isə şokda idilər. Aqilau aparıldığı xəstəxanada keçinib.


Xəbərə aid fotolar