“CinemaPlus” kinoteatrı çoxdan gözlənilən “Stalinin ölümü” filminin nümayişinə başlayır


Digərləri 13 Mar 2018 14:40:00 236 0

“CinemaPlus” kinoteatrı çoxdan gözlənilən “Stalinin ölümü” filminin nümayişinə başlayır

Azərbaycanın premium kinoteatrı "CinemaPlus" çoxdan gözlənilən "Stalinin ölümü" komediya filminin nümayişinə başlayır. Film fransız Fabyen Nuri və Tyerri Robinin komiksləri əsasında çəkilib. Filmdə Nikita Xruşov və stalinin qızı rolunu aktyorlar Stiv Buşemi və Andrea Rayzboro oynayıb.

Satirik komediyanın rejissoru britaniyalı Armando İannuççidir.

Rollarda: Olqa Kurilenko, Stiv Buşemi, Saymon Rassel Bil, Peddi Konsidayn, Rupert Frend, Ceyson Ayzeks, Maykl Peylin, Andrea Rayzboro, Ceffi Tembor

Qısaca film haqqında: SSRİ, 1953-cü il. Ölkə bir şəxsin qarşısında qorxudan əsir. 5 mart tarixində Baş Katib vəfat edir. Dahi rəhbər getdikdə hakimiyyət uğrunda mübarizə başlayır. Mübarizə başlayır!...