Nazirlik pambıq əkini ilə bağlı “Aqrolizinq” ASC-yə tapşırıq verib


Digərləri 13 Mar 2018 13:39:19 239 0

Nazirlik pambıq əkini ilə bağlı “Aqrolizinq” ASC-yə tapşırıq verib

Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib.

Bakı. Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 2017-ci ilin pambıq istehsalının yekunu və 2018-ci ildə pambıqçılıq sahəsində qarşıda duran vəzifələrdən danışan nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən eidilməsi, onların qarşısında duran vəzifələrdən danışıb. Təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pambıq əkini üçün pay torpaqlarına üstünlük verməklə əkinə yararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və s. məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.