Kriptovalyuta bazarı "oynayır"


Dünya 13 Mar 2018 11:13:00 220 0

Kriptovalyuta bazarı "oynayır"

Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayarq kriptovalyutaların hamısının qiymətində ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, ucuzlaşma həm də dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiymətinə təsir edib. Belə ki, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,47% ucuzlaşaraq 9,42 min dollar təşkil edib.