Bakıda kişini avtomobil vurub


Digərləri 13 Mar 2018 08:58:00 237 0

Bakıda kişini avtomobil vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında 1965-ci il təvəllüdlü Mahmudov Rasim Rəhim oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.