Terrorçular Dəməşqi atəşə tutublar, 2 nəfər ölüb, 4-ü yaralanıb


Dünya 13 Mar 2018 01:38:40 250 0

Terrorçular Dəməşqi atəşə tutublar, 2 nəfər ölüb, 4-ü yaralanıb

Hədəf paytaxtdan cənubda yerləşən Yarmuk qaçqın düşərgəsi olub

Dəməşq ətrafında yerləşən qaçqın düşərgələrindən birinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli polisə istinadən SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların hədəfi Suriya paytaxtından cənubda yerləşən Əl-Buşeyr məscidi ərazisindəki Yarmuk düşərgəsi olub.