Türkiyə Berlində məscidin yandırılması ilə əlaqədar Almaniyaya nota verib


Dünya 12 Mar 2018 23:12:40 283 0

Türkiyə Berlində məscidin yandırılması ilə əlaqədar Almaniyaya nota verib

Hadisə martın 11-nə keçən gecə Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda baş verib

Türkiyə hökuməti Berlində məscid binası və Türkiyə mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağa istinadən yerli "Daily Sabah" nəşri yazıb.

"Biz Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq", - deyə siyasətçi bildirib. O, cinayətkarların məsuliyyətə olunmasını tələb edib.

Hadisə martın 11-nə keçən gecə Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda baş verib.