Bədəndən pis qoxuların gəlməsinə səbəb olan 9 QİDA


Digərləri 12 Mar 2018 23:12:00 334 0

Bədəndən pis qoxuların gəlməsinə səbəb olan 9 QİDA

Bədəndən gələn pis tər qoxularını aradan qaldırmaq üçün bəzən gigiyena qaydalarını yerinə yetirmək kifayət etmir. Bunun üçün gərəkdir ki, yediyimiz məhsullara diqqət edək.

Son.az xəbər verir ki, bədəndən gələn qoxular birbaşa yediyimiz məhsullarla sıx əlaqəlidir.

Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur. Lakin bəzi ərzaq məhsullarının su ilə birləşməsi və ya insan bədənində yaşayan bakteriyalar çoxalması nəticəsində tər iyi kəskinləşir. Bu proses adətən metabolizm proseslərinin pozulması, hormonal və problemlərinin, həm də bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanların nəticəsində baş verir.

Halbuki, çoxları hesab edir ki, bədəndən gələn pis qoxunun səbəbi tərdir, lakin bizim rasionda olan yeyinti məhsullarının tərkibindəki kimyəvi birləşmələr, mikroorqanizmlər və çirk bədənin qoxusuna təsir edir.

Kimyəvi maddələr orqanizmdə artıq turşluq dərəcəsi doğurur, pH səviyyəsinin disbalansına gətirib çıxarır. Buna görə də orqanizm üçün bütün zəhərli elementləri xaric etmək çətinləşir və bu səbəbdən də pis iy yaranır.

Bundan əlavə, qida məhsulların bəzilərinin tərkibində olan aktiv uçucu maddələr ya tər, ya da nəfəs vasitəsilə çıxarılır.

1. Sarımsaq

Sarımsağın kəskin qoxusu olduğu üçün bəzi insanlar ondan istifadə etməməyə üstünlük verirlər. Axı sarımsaq istifadəsindən sonra ağzından bir neçə saat ərzində pis qoxu gəlir. Bununla yanaşı, sarımsaqda olan uçucu kükürd birləşmələri tər iyinə də təsir edir. Bu maddə qan və həzm prosesi nəticəsində sorulur, sonda isə xoşagəlməz tər iyi əmələ gəlir.

2. İşlənmiş şəkər

Çeynəmə rezin və bütün növ işlənmiş şəkər məhsulları orqanizmin turşululuq səviyyəsini pozur, temperaturu dəyişir və pis qoxu doğurur. Yadınızda saxlayın ki, bakteriyalar şəkərlə qidalanır, onların hədsiz artması səbəbindən fermentasiya prosesləri sürətlənir və qoxu kəskinləşir.

3. Ədviyyat

Kerri və zirə kimi ədviyyatlar bir qayda olaraq həm dəridə, həm də ağızda xoşagəlməz qoxular doğurur, çünki onların həzm prosesində kükürdlü qazlar ayrılır, daha sonra isə dəri məsamələri vasitəsilə çıxır.

Onların böyük hissəsi düzgün həzm olunur, lakin bəziləri qan dövranında qalır və bir müddət sonra tərə qarışaraq dəridən xaric olur.

4. Bitki yağı

Bitki yağları əsasən fastfud sənayesində istifadə olunur. Onlar nəinki artıq çəkiyə əsas səbəb olur, həm də xoşagəlməz qoxuların yaranmasına təsir edir. Bu yağ həzm sisteminin fəaliyyətinə mane olaraq bağırsaqlardakı digər maddələrlə zərərli kombinasiyalar təşkil edir.