Məktəb bufetlərinə kim nəzarət edir? VİDEO


Digərləri 12 Mar 2018 22:53:00 274 0

Məktəb bufetlərinə kim nəzarət edir?  VİDEO

Məktəb yeməkxanalarında qida standartlarına necə əməl edilməsi ciddi nəzarətdədir. Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Şahin İsgəndərov bildirib ki, bununla bağlı davamlı olaraq monitorinqlər aparılır.

Aparılan yoxlamaların nəticələri hələ ki, qənaətbəxşdir.

Şahin İsgəndərovun sözlərinə görə il ərzində 3 - 4 dəfə ciddi yoxlamalar aparılır. Yoxlamalar daha çox tədris ilinin əvvəlində və sonunda təşkil edilir.

Sektor müdiri vurğulayıb ki, qida standartlarına əməl etməməyə görə məsuliyyəti xidmət göstərənlər daşıyır.