İnternetdən baxıb öyrəndi, sonra da uşağını dünyaya gətirdi


Digərləri 12 Mar 2018 21:09:00 263 0

İnternetdən baxıb öyrəndi, sonra da uşağını dünyaya gətirdi

8 aylıq hamilə olan amerikalı bir qadın keçmiş zamanlarda olduğu kimi təkbaşına uşaq dünyaya gətirib. YouTube-dakı videoları izləyərək körpənin göbək bağını kəsib. İstanbuldakı otellərdən birində, axşam saatlarında uşaq dünyaya gətirən amerikalı ana və uşağına daha sonradan Atatürk aeroportunda çalışan işçilər yardım edib.

Son.az musavat.com-a istinadən bildirir ki, ananın kağız dəsmala bürünmüş bir körpə ilə uşaqlara qulluq otağına girdiyini görən aeroport işçiləri anaya yardımçı olmaq və körpəsinin baxımını etmək üçün səfərbər olub. Körpəyə Xavier adı ilə yanaşı, Ata adı da verilib. 

22 yaşındaki Tai Freeman körpəsini qucağına alaraq Atatürk aeroportunda jurnalistlərə açıqlama verib. Deyib ki, Atlantadan Stutqarta getmək üçün İstanbula gəlib və istirahət etmək üçün bir otelə yerləşib: "Bundan öncəki gecə dünyaya gəlib. İndi də geri getməyə çalışırdıq. Özümü yaxşı hiss edirəm. İstanbulda endim. Almaniyaya gedəcəkdim. Otelə yerləşdim, sonra sürpriz bir şəkildə doğum gerçəkləşdi. Çox sürətli bir şəkildə oldu. Xəstəxanaya gedə bilmədim. Uşağın atası Atlantadadır. Almaniyaya dostlarıma baş çəkməyə gedirdim".