Su anbarında batan daha bir şəxsin meyiti çıxarılıb


Digərləri 12 Mar 2018 18:23:00 240 0

Su anbarında batan daha bir şəxsin meyiti çıxarılıb

Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

Bakı. Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, batdığı ehtimal edilən digər vətəndaş, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 400 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.