Xaçmazın iki kəndinə qaz verilib (FOTO)


Digərləri 12 Mar 2018 13:51:25 261 0

Xaçmazın iki kəndinə qaz verilib (FOTO)

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib.

Bakı. Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib. İB-dən Trend-ə verilən məlumata görə, kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.