"Bakcell" şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb


Digərləri 12 Mar 2018 13:10:00 298 0

"Bakcell" şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb

"Bakcell" şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti, mobil sənayesinin paytaxtı olan Barselona şəhərində keçirilmiş Dünya Mobil Konqresində iştirak edib. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

Son.az xəbər verir ki, "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers Dünya Mobil Konqresinin İdman və Əyləncə sammiti çərçivəsində "Müştəri Təcrübəsinin Təkmilləşdirilməsi" mövzusunda keçirilmiş panel müzakirələrinə qatılıb.

""Bakcell" öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edir. Biz inanırıq ki, innovativ texnologiyalar müasir və etibarlı şəbəkə ilə birlikdə bizim müştərilərimizə yüksək keyfiyyətli müştəri təcrübəsi təmin etmənin təməlidir", deyə Nikolai Beckers bildirib.

Panel müzakirələrində cənab Beckers ilə birgə "Active Ticketing" şirkətinin baş direktoru Li But, "O2" şirkətinin baş marketinq direktoru Nina Bibbi, "Globe" şirkətinin kontent biznesi üzrə vitse-prezidenti Jil Qo və "Barcelona" futbol klubunun əmlak məsələləri üzrə direktoru Uilyam Mannarelli də iştirak edib. Panel müzakirəsi zamanı sənaye liderləri mobil texnologiyanın müştəri xidmətinin keyfiyyətinə, özünəxidmət imkanlarının genişləndirilməsinə, infrastrukturun effektifliyinin artırılmasına və məzmuna çıxış imkanlarının təmin edilməsinə müsbət təsirindən söz açıblar.

Ənənəvi olaraq hər il keçirilən Dünya Mobil Konqresi (Mobile World Congress) telekommunikasiya sənayesi üzrə yeni əlaqələrin qurulması, yeni biznes və sövdələşmə imkanlarının yaradılması üçün dünyanın ən yüksək səviyyəli tədbiridir. Konqres çərçivəsində dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir, 2200-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur.


Xəbərə aid fotolar