Aparıcı xəbəri olmadan halda prezidentin nəvəsini studiyaya dəvət etdi FOTO


Dünya 12 Mar 2018 12:56:00 296 0

Aparıcı xəbəri olmadan halda prezidentin nəvəsini studiyaya dəvət etdi  FOTO

Ərdoğanın nəvəsi verilişdə iştirak edib, hədiyyələr qazandı

Bir vaxtlar Hugo obrazı ilə tanınan Tolga Abi TRT çoçuk kanalında uşaqlar üçün yeni müsabiqə verilişi açıb.

Son.az Haberler-ə istinadla xəbər verir ki, verilişin qonaqlarından biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi Ömər Ərdoğan olub. O da digər iştirakçılar kimi verilişə qatılmaq üçün növbəsini gözləyib. Belə ki, Ömər Ərdoğan verilişdə iştirak etmək üçün özü mobil telefonla zəng edib və valideynlərindən anasının adını söyləyib.

Aparıcının dediyinə görə, o, uşağın prezidentin nəvəsi olduğunu da sonradan bilib. Ömər Ərdoğan sualların çoxunu cavablandırıb, hədiyyələr qazanıb.


Xəbərə aid fotolar