Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub


Digərləri 12 Mar 2018 12:47:00 222 0

Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub

Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub. Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

Bakı. Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub. MM-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub. Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırdılar. Finala Azərbaycan və Ukrayna komandaları vəsiqə qazanmışdılar.