"Qarabağ" tarixində 2-ci seriya: Rekorda 3 addım qaldı


Digərləri 12 Mar 2018 12:13:41 217 0

"Qarabağ" tarixində 2-ci seriya: Rekorda 3 addım qaldı

Ağdamın “Qarabağ” klubu ardıcıl 7 oyundur evdə qol buraxmır.

Bakı. Ağdamın “Qarabağ” klubu ardıcıl 7 oyundur evdə qol buraxmır. Trend PFL-ə istinadən məlumat verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar. Həmin görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.