Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib


Digərləri 12 Mar 2018 12:08:00 211 0

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycana rəsmi səfərə gəlib.

Bakı. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin