Yevlaxdakı yol qəzasında xəsarət alan şagirdlərdən biri beyin əməliyyatı olundu


Digərləri 12 Mar 2018 11:45:04 267 0

Yevlaxdakı yol qəzasında xəsarət alan şagirdlərdən biri beyin əməliyyatı olundu

Yevlax rayonu ərazisində baş verən yol qəzası nəticəsində ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərdən 4-nün vəziyyəti stabilləşib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti normaldır:

"1 nəfərin vəziyyəti ağır olaraq qalır. Buna səbəb isə həmin xəstənin beyin nayihəsindən əməliyyat olunmasıdır. Əməliyyata görə xəstənin vəziyyəti hələ də ağır qiymətləndirilir".