Hindistanda meşə yanğınında 9 turist yanıb


Dünya 12 Mar 2018 10:46:44 264 0

Hindistanda meşə yanğınında 9 turist yanıb

Ölənlər arasında 4 qadın, 4 kişi və 1 uşaq var

Hindistanın cənubundakı Tamil Nadu ştatında yerləşən dağlıq Kuranqani rayonunda baş verən irimiqyaslı meşə yanğını zamanı azı 9 turist ölüb, 18 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölənlər arasında 4 qadın, 4 kişi və 1 uşaq var.

Ümumilikdə 27 nəfər xilas edilib. Onlardan 10 nəfəri yüngül xəsarətlər alıb, 8 nəfərin vəziyyəti isə ciddidir.

Ölənlərin milli mənsubiyyətinə dair məlumatlar verilmir.

Yerli KİV yanğının turistlərin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş trekinq-turdan qayıtdığı zamanı başladığını yazıb.