Yevlaxda şagirdləri daşıyan mikroavtobusun aşması ilə bağlı cinayət işi başlandı


Digərləri 12 Mar 2018 10:36:00 208 0

Yevlaxda şagirdləri daşıyan mikroavtobusun aşması ilə bağlı cinayət işi başlandı

Yevlaxda məktəbliləri daşıyan mirkoavtobusunun qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Yevlaxda məktəbliləri daşıyan mirkoavtobusunun qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Qurum rəsmisi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.1-1 -ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.