Göz rənginiz xasiyyətiniz haqda nə deyir?


Digərləri 12 Mar 2018 07:48:00 316 0

Göz rənginiz xasiyyətiniz haqda nə deyir?

Aparılan araşdırmalara görə, göz rənginiz xarakterinizdəki bəlli xüsusiyyətləri daşıyır. Bəs göz rənginizin xarakteriniz haqqında nələr söylədiyi barədə maraqlanmısınızmı? Son.az ailem.az-a istinadən bununla bağlı məlumatları diqqətinizə çatdırır.

Beş fərqli göz rəngi mövcuddur və hər biri fərqli bir xarakteristik özəlliyi təqdim edir.

Tünd qəhvəyi və qara gözlər

Liderlik özəlliyinə sahib olan insanların adətən bu göz rənginə sahib olduğu bildirilir. İş yerində, hər hansı bir şəraitdə, ya da əlaqənizdə bu özəlliyiniz ön plana çıxa bilər. Bununla bərabər, qəhvəyi, ya da qara göz rənginə sahib olan insanların diqqətini cəm etmə mövzusunda olduqca müvəffəqiyyətli olduqları sübut edilmişdir. Fikri cəm etmək lazım olan bütün işlərdə uğur qazandıqları da bir faktdır.

Göy gözlər

Göy gözlü insanlar adətən azad ruhludurlar və inkişaf, yeniliyə, müasir bir yaşam tərzinə daha açıqdırlar. Mənəvi duyğuları yüksək olduğu üçün bu yönləri yaxşı və ya pis olaraq istifadə edilir, əsla orta dərəcədə bir duyğuya sahib olmazlar. Bunlarla bərabər, ağrı, xəstəlik və narahatlıqlara qarşı dayanıqlı olduqları müəyyənləşdirilmişdir.

Ala gözlər