Avstraliyanın şimal-şərq rayonları fəlakət zonası elan edilib


Dünya 12 Mar 2018 06:29:57 251 0

Avstraliyanın şimal-şərq rayonları fəlakət zonası elan edilib

Beş min nəfərin yaşadığı İngem şəhərində vəziyyət xüsusilə pisdir

Avstraliyanın Sığorta Şirkətləri Şurası ölkənin Kvinslend ştatının şimal-şərq rayonlarını fəlakət zonası elan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, burada yerləşən əksər yaşayış məntəqələri artıq 5-ci gündür davam edən leysan yağışları və çayların daşması nəticəsində su altında qalıb.

Təcrübəyə görə, Avstraliya sığortaçılarının bu qərarı, hər şeydən əvvəl zərərin ödənilməsi üzrə tələbləri nəzərdən keçirmək üçün sadələşdirilmiş qaydaların tətbiqini nəzərdə tutur.

Bildirilir ki, təqribən 5 min insanın yaşadığı İngem şəhərində vəziyyət xüsusilə pisdir. Oradakı evlərin demək olar ki, 90 faizi subasmadan ziyan çəkib.