Baronessa Nikolson : Böyük Britaniya Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)


Digərləri 12 Mar 2018 07:00:00 210 0

Baronessa Nikolson : Böyük Britaniya Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)

Böyük Britaniya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıq çox yüksək səviyyədədir

Bakı. Böyük Britaniya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıq çox yüksək səviyyədədir. Bunu Trend-ə müsahibəsində Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi, baronessa Emma Nikolson deyib. O deyib: "Böyük Britaniya Azərbaycanda ən böyük investorlardandır və Bakıda 500-dən çox Britaniya şirkəti işləyir. BP Azərbaycanda ən iri xarici investordur və Azərbaycan hökumətinə öz iqtisadiyyatını inkişaf etdirməyə kömək edib". Onun sözlərinə görə, son iki il ərzində iki ölkə arasında münasibətlər neft-qaz sektorunda Tərəfdaşlıq proqramının və hökumətlərarası komissiyanın yaradılması sayəsində daha da möhkəmlənib. Bu, Böyük Britaniya və Azərbaycan şirkətləri arasında 27 yeni sazişin imzalanmasına gətirib çıxarıb: "Həm Azərbaycan, həm də Böyük Britaniya mövcud əməkdaşlıq səviyyəsini əsas götürərək onu yeni sahələr üzrə genişləndirmək niyyətindədir. Mənim 2018-ci ilin fevralında Azərbaycana səfərim zamanı biz razılaşdıq ki, əməkdaşlığımızı səhiyyə, kənd təsərrüfatı, kosmik texnologiyalar, aviasiya və vergi islahatları sahələrində inkişaf etdirək".