Qərbi London sakinləri işıqsız qalıb


Dünya 12 Mar 2018 01:59:47 328 0

Qərbi London sakinləri işıqsız qalıb

Küçə işıqları və işıqforlar işləmir, teatr tamaşalarının nümayişi yarımçıq qalıb

İngiltərənin paytaxtı Londonun Vest-end rayonunun bir neçə məhəlləsi bazar ertəsi axşam işıqsız qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Londonun qərb hissəsində küçə işıqları və işıqforlar işləmir, həmçinin bir neçə teatr tamaşasının nümayişi yarımçıq qalıb.

"UK Power Networks" energetika şirkəti elektrik enerjisinin kəsilməsinə görə, istehlakçılardan üzr istəyib. Bildirilir ki, kəsinti yeraltı kabellərdə yaranmış problemlə əlaqədar olub. Energetika işçiləri enerji verilişini Bakı vaxtı ilə 03:30-da bərpa edəcəklərinə söz veriblər.