İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb


Dünya 12 Mar 2018 00:32:02 297 0

İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb

Tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var

Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.