Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 dinc sakini qətlə yetiriblər


Dünya 12 Mar 2018 00:20:53 347 0

Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 dinc sakini qətlə yetiriblər

Ondan çox insan yaralanıb

Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 nəfəri öldürüblər, 10-dan çox insan yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinə istinadən "Sinxua" məlumat yayıb.

Hadisə ötən şənbə Keniya ilə sərhəddə yerləşən Moyale yaşayış məntəqəsində qeydə alınıb. Hərbçilər "Oromo Azadlıq Cəbhəsi" üsyançılarına qarşı aparılan əməliyyat zamanı səhvən 9 dinc sakini öldürüb, 12 nəfəri yaralayıblar.

Hökumət araşdırmalara başlayıb, bir sıra hərbçilər saxlanılıb.