Bayramqabağı ev quşları bazarında canlanma var VİDEO


Digərləri 11 Mar 2018 22:22:00 261 0

Bayramqabağı ev quşları bazarında canlanma var  VİDEO

Novruz bayramnına az qalmış ev quşlarına tələbat artıb. Buna görə qiymət artımı müşahidə olunur.

Bərdə bazarnda daha cox qiymət artımı kəndlərdə bəslənən toyuqlardadır. Əvvələr 6-7 manata satılan kənd toyuğu indi bazarlarda 8-10 manata təklif edilir.

Son.az bildirir ki, hinduşka, qaz və ördəklərin alıcısı çoxalıb. Bayram ərəfəsində insanlar bu quşlara daha çox üstünlük verir.

Bayramqabağı Cəlilabadda da bəzi ev quşlarının qiymətlərində artım müşahidə olunur. Satıcıların sözlərinə görə bahalaşmaya səbəb təlabatın çox olması ilə əlaqədardır. Artım özünü daha çox hinduşkada göstərir. Qiymət orta hesabla 5 manat artıb.