Yol polisindən ŞİKAYƏT: "Qanunsuz cərimə yazdılar, indi 500 manat istəyirlər"


Digərləri 11 Mar 2018 18:05:00 283 0

Yol polisindən ŞİKAYƏT: "Qanunsuz cərimə yazdılar, indi 500 manat istəyirlər"

Ucar rayonu Gəraybəyli kənd sakini Məmmədov Sabir Qorxmaz oğlu, Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarından şikayətçidir. O bildirir ki, yol polisləri vəzifə səlahiyyətlərindən sui-istifadə edib, şəxsinə qarşı qanunsuzluq ediblər.

Son.az bildirir ki, pressclub.az-a danışan Sabir Məmmədov qeyd edir ki, bu il martın 4-də Bakı şəhərində Səbail rayon ərazisində Bayıl qəsəbəsi istiqamətində təyin edilən sürətlə heç bir yol hərəkət qaydasını pozmadan özümə məxsus 90 FU 616 nömrəli "Mazda" markalı avtomobili ilə hərəkətdə olub. Bu zaman Səbail RPİ-nin DYPB-nin əməkdaşları onu saxladıb qanunsuzluq ediblər:

"Mənə sürət həddini aşdığımı bildirdilər. Həmin vaxt avtomobilimdə ailə-uşağımın olması məni çox narahat etdi. Polis əməkdaşları məni aldadıb bildirdilər ki, izahat yaz ki, sürət həddini aşmısan, səni buraxaq çıx get. Mən də avtomobildə olan ailəmə görə narahatlıq yaranmasın deyə həmin izahatı polis əməkdaşlarının diktəsi ilə yazdım. Bundan sonra onlar avtomobilimi cərimə meydanına gətirdilər. Avtomobilimin buraxılması üçün məndən 500 manat pul istədilər".

Şikayətçi iddia edir ki, heç bir yol hərəkəti qaydasını pozmayıb: "Bunu təsdiq edə bilən müşahidə kameraları var. Əgər həmin ərazidə olan müşahidə kameralarına baxış keçirilərsə bu tam sübut olacaq. Səbail Rayol Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Sadiq Əsədov, Sahil İbrahimli və Elşən Ağamalıyevin mənə qarşı tətbiq etdikləri prorokol tam qanunsuz və saxtadır. Bu korrupsiyaya qurşanmış 3 polis əməkdaşlarının fəaliyyətlərinin obyektiv araşdırılması üçün həmin ərazidəki müşahidə kameralarına baxış keçirilməlidir və onların barələrində ciddi tədbirlər görülməlidir. Bu minvalla 3 soyğunçu polis əməkdaşı çoxlu sayda vətəndaşları talan edirlər".