Türkiyədə məşhur hakim faciəvi şəkildə öldü


Dünya 11 Mar 2018 14:29:00 274 0

Türkiyədə məşhur hakim faciəvi şəkildə öldü

Türkiyədə məşhur məhkəmə hakimi Mehmet Orhan Karadeniz yol qəzasında ölüb.

Son.az lent.az-a istinadən bildirir ki, dünən gecə saatlarında Alanyanın mərkəzindəki Atatürk prospektində yolu keçmək istəyən hakimi sürətlə hərəkət edən motosiklet vurub. Motosikletin altında xeyli sürünən 74 yaşlı hakim hadisə yerində ölüb.