"Ali təhsil müəssisələrinin etməli olduğunu DİM edir"


Digərləri 11 Mar 2018 13:27:00 305 0

"Ali təhsil müəssisələrinin etməli olduğunu DİM edir"

Azərbaycanda peşəkar, ixtisasını bilən kütləvi müəllim ordusunun formalaşmasında TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi (DİM)) rolu var.

Son.az-ın modern.az-a istinadla məlumatına görə, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O deyib ki, məhz repititor kimi qəbul imtahanlarına abituriyent hazırlaşdıran müəllimlər ixtisasını daha dərindən mənimsəyir, üzərində çalışır, yenilikləri öyrənir, testlər hazırlayır:

"Amma repititorluqla məşğul olmayan müəllimlər bunun az hissəsini edir. DİM indi də yeni standartlar əsasında həm özü üçün, əsas da müəllimlərin uzun müddət ərzində başa düşmədiyi kurikulum ilə müəllimlərin təliminə - marker təliminə başlayıb. Əlbəttə ki, bu təlimlər ödənişlidir. 100 manatdır. Əslində normal qiymətdir".