Rusiya "Lassa qızdırması" barədə xəbərdarlıq etdi


Digərləri 11 Mar 2018 11:12:00 218 0

Rusiya  "Lassa qızdırması" barədə xəbərdarlıq etdi

Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Qanaya səfər etməyi planlaşdıran rusiyalılara xəbərdarlıq edib.

Son.az APA-ya istinadən xəbər verir ki, xəbərdarlıqda qeyd edilib ki, Qana Səhiyyə Nazirliyi müalicə məqsədi ilə Noquçi Tibbi Tədqiqatlar İnstitutuna yerləşdirilmiş xəstənin fevralın 1-də "Lassa qızdırması"ndan vəfat etdiyini təsdiqləyib.

Diaqnoz laboratoriyada təsdiqini tapıb. Noquçi Tibbi Tədqiqatlar İnstitutunun xəstə ilə ünsiyyətdə olmuş bütün əməkdaşları müşahidə altındadır. Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti Qanaya səfər planlaşdıran bütün rusiyalıları bu informasiyanı nəzərə almağa çağırıb.