Hüsnüzənnin insana verdiyi 10 bərəkət


Digərləri 10 Mar 2018 22:40:00 262 0

Hüsnüzənnin insana verdiyi 10 bərəkət

Hüsnü-zənn cəmiyyətdə rabitələrə müsbət təsir qoyduğu kimi, özü ilə çox sayda bərəkət gətirir. İslam dini istəyir ki, cəmiyyətdə kamil şəkildə əmin-amanlıq təmin olunsun.

Son.az deyerler.org-a istinadən bildirir ki, yəni, həm əməl baxımından və həm də fikir və düşüncə baxımından başqaları tərəfindən qəbul olunsunlar.

Hüsnü-zənnin gətirdiyi bərəkətlərlə tanış olaq:

1. Məhəbbəti cəlb etmək. İmam Əli (ə) buyurur: "İnsanlara qarşı nikbin olmaq - onların dostluq və məhəbbətinə səbəb olar".

2. Rahatlıq və əmin-amanlıq. Hüsnü-zənn insana ruhi və psixoloji rahatlıq və hüzur gətirir. İmam Əli (ə) buyurur: "Nikbinlik insanın qəmini azaldar və günahın ağırlığından xilas edər".

3. Qəlbin pak və səfalı olması. Həzrət Peyğəmbər (s) buyurur: "Mömin qardaşlarınıza gümanlarınızı yaxşı edin. Çünki möminə hüsnü-zənn etmək - qəlbin saflığına və paklığına səbəb olar".

4. Xəstəliklərdən amanda qalmaq. Mütəxəssislərin nəzərinə görə, o kəslər ki, həyata nikbin baxışlarla baxırlar, onlar həm sağlam olur və həm də uzun ömür yaşayırlar.

5. Günahdan çəkinmək. İmam Əli (ə) buyurur: "Xoşgümanlı olmaq günah ardıcılı olana nicat verər".