Bu il İsmayıllıda sarımsaq bol olacaq VİDEO


Digərləri 10 Mar 2018 20:36:00 258 0

Bu il İsmayıllıda sarımsaq bol olacaq  VİDEO

İsmayıllı rayonunda fermerlər payızda əkilən sarımsağın yığımına hazırlaşır. Hazırda sahələrdə qızğın iş gedir, torpaq yumşaldılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Mincivan kəndində 100 hektar sahədə sarımsaq yığımına hazırlıq işləri görülür. Sarımsaq əkini üçün yumşaq, keçiriciliyi normal, qida maddələri ilə zəngin olan torpaq sahələri seçilib. 40-a yaxın sahibkar sarımsaq yığımı ilə bağlı işlər görür.

İki ildir əkilən sarımsaq sahəsində bu il məhsuldarlığın ötənilkinə nisbətən bol olacağı gözlənilir. Hava şəraitinin əlverişli keçməsi bu il 1 hektardan 10 ton sarımsaq götürməyə imkan verə bilər. Ötən ilin payız aylarında əkilən sarımsağın bu ilin may-iyun aylarında yığılması nəzərdə tutulub.


Xəbərə aid video