Fotostudiyalara müraciət kəskin azalıb VİDEO


Digərləri 10 Mar 2018 20:21:00 257 0

Fotostudiyalara müraciət kəskin azalıb  VİDEO

Bir zamanlar fotostudiyalarda şəkil çıxartdırmaq üçün yaranan uzun növbələrə indi rast gəlinmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, çünki fotostudiyalara müraciət edənlərin sayı xeyli azalıb.

Uzun illərdir foto və video işi ilə məşğul olan Vüqar Məmmədov deyir ki, telefonların kameraları təkmilləşdirildikcə fotostudiyalara tələbat daha da azalır. Üstəlik, insanlar artıq şəkilləri elektron daşıyıcıda saxlamağa üstünlük verirlər.

Texnikanın inkişafı köhnə lentlə işləyən fotoaparatları da sıradan çıxarıb. Əvvəllər 36 kadrlıq lentlərdəki şəkilləri uzun müddət saxlamaq mümkün olmurdusa, indi istənilən fotonu elektron formatda illərlə saxlamaq mümkündür.

Fotostudiya sahiblərinin sözlərinə görə, şəkil çıxartdırmaq üçün gün ərzində bir-iki nəfər müraciət etsə də, sənəd üçün fotoşəkil çəkdirənlər çoxdur.


Xəbərə aid video