Mömin necə halda Sirat körpüsündən rahat keçəcək?


Digərləri 10 Mar 2018 19:10:00 316 0

Mömin necə halda Sirat körpüsündən rahat keçəcək?

İmam Sadiq (ə) atası İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: "Allahın Rəsulu buyurur: "Sizdən Sirat körpüsündən keçən zaman qədəmləri ən möhkəm olan kəs - mənim Əhli-Beytimə daha çox məhəbbbəti olan kəsdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) İmam Əli ibn Hüseyn Zeynəlabidindən (ə) nəql edir, o da İmam Hüseynin (ə) belə buyurduğunu nəql edir: "Allahın Rəsulu (s) buyurur: "Mənim Əhli-Beytimə olan sevgi yeddi qorxulu vəziyyətdə faydalı olacaq: ölüm vaxtı, qəbirdə, diriləndə, əməl kitabı açılanda, haqq-hesab olunanda, əməllər tərəzidə ölçüləndə və Sirat körpüsündə"".

İmam Baqir öz ata-babalarından belə nəql edir: "Allah Rəsulu (s) İmam Əliyə (ə) müraciət edərək buyurdu: "Əgər qəlbində sənə qarşı məhəbbəti möhkəm olan mömin Sirat körpüsünü keçərkən bir ayağının sürüşdüyünü hiss etsə, digər ayağını Allah onu sənə qarşı olan məhəbbətinə görə Cənnətə daxil edənədək saxlayar"".

Allah bizi Əhli-Beytdən (ə) ayrı salmasın!