"Maliyyə mənbəyi məlum olmayan, hamıdan yaxşı yaşayan partiya nümayəndələrinin ittiham etməyə haqları yoxdur"


Digərləri 10 Mar 2018 13:59:38 274 0

"Maliyyə mənbəyi məlum olmayan, hamıdan yaxşı yaşayan partiya nümayəndələrinin ittiham etməyə haqları yoxdur"

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla davam etdirilir, uğurla inkişaf etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zaman qeyd edib.

Ə.Həsənov vurğulayıb ki, ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev mütəmadi olaraq jurnalistlərə təməli ulu öndər tərəfindən qoyulmuş qayğını, dövlətin bu sahədə olan öhdəliklərini yerinə yetirir:

"Bu gün burada səsvermə keçirildi. Kimin nə deməsindən asılı olmayaraq, kənarda qalan və bu gün Azərbaycan mediasının kənara atılmış müəyyən nümayəndələri olacaq ki, onlar bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq onlara opponent kimi baxın, çalışın, onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər sizə oponentlik etmək istəyən həmkarlarınız olsun və yaxud da xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun".