Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


Digərləri 10 Mar 2018 13:35:00 194 0

Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirə qələbə ilə başlayıb

Martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

Bakı. Martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib. Milli Məclisdən Trend-ə verilən məlumata görə, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər. Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar. Azərbaycan-Latviya qarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. İlk hissə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.