“Topaz”dan oğurluq edən saxlanıldı


Digərləri 10 Mar 2018 13:15:28 210 0

“Topaz”dan oğurluq edən saxlanıldı

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bakı. Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.