Pulu qurtaran ata körpəsini 11 min manata satdı


Dünya 10 Mar 2018 10:55:00 285 0

Pulu qurtaran ata körpəsini 11 min manata satdı

Çində pulsuz qalan 22 yaşlı iki uşaq atası 15 aylıq Zheng Zheng adlı körpəsini internet vasitəsi ilə 4 min 200 sterlinqə (təxminən 11 min manat) satıb. 

Son.az Haberler-ə istinadən xəbər verir ki, yeni ildə oğlunun evinə gedən baba yeni doğulan nəvəsinin olmadığını görüncə, harada olduğunu soruşub. Oğlunun həqiqəti açıb deməsindən sonra baba polisə xəbər verib. Uşaq yeni ailəsindən alınaraq geri qaytarılıb.

Nəvəsinə qovuşan babanın gözyaşları duyqusal anlara səhnə olub.

Körpəsini satan ata və uşağı alan ailə "uşaq oğurluğu" ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.