Bakıda ofisiantı cərəyan vurub


Digərləri 10 Mar 2018 08:48:00 338 0

Bakıda ofisiantı cərəyan vurub

Hadisə Aura çay evində qeydə alınıb

Paytaxtın Nəsimi rayonunda yerləşən iaşə obyektində bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, "Aura" çay evində ofisiant işləyən 1982-ci il təvəllüdlü Abbasov Azər Akif oğlu iş görən zaman onu yüksək gərginlikli elektrik cərayanı vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.