Obama cütlüyü şou proqram aparacaq


Digərləri 10 Mar 2018 08:25:00 293 0

Obama cütlüyü şou proqram aparacaq

ABŞ-ın keçmiş prezidenti Barak Obama aktual ictimai-siyasi problemlərə həsr olunacaq şou proqram hazırlamaq üçün "Netflix" şirkəti ilə danışıqlar aparır. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Proqramın formatı hələlik müəyyən edilməyib və danışıqlar ilkin mərhələdədir. Şouda 44-cü prezidentin həyat yoldaşı Mişel Obamanın da iştirakı nəzərdə tutulur. Mənbələr dəqiqləşdirib ki, B. Obama verilişdə indiki prezident Donald Trampın fəaliyyətini şərh etmək niyyətində deyil. Onun daha çox ruhlandırıcı mövzulara üstünlük verəcəyi bildirilir. Əsas mövzular Obamanın prezidentliyi dövründə də aktual yer tutmuş səhiyyə islahatı, miqrasiya, iqlim dəyişiklikləri, seçki hüququ ola bilər. Bundan başqa, Mişel Obamanın 1-ci ledi kimi fəaliyyət göstərdiyi vaxtlarda əsas maraq göstərdiyi sahə olan sağlam qidalanma məsələsinə də diqqət yetiriləcək.