Putin: "Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə gərək yoxdur"


Dünya 10 Mar 2018 07:47:06 298 0

Putin: "Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsinə gərək yoxdur"

Rusiya prezidenti bunu NBC telekanalına müsahibəsində deyib

Rusiyanın Amerikadakı seçkilərə müdaxiləyə ehtiyacı yoxdur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində deyib.

"Mən müdaxilə ilə hansı məqsədlərə nail ola biləcəyimizi görmürəm. Məqsəd yoxdur. Gəlin hədəfin nə olacağını təsəvvür etməyə çalışaq. Nə üçün? Müdaxilənin özü üçün?" — deyə Rusiya prezidenti bildirib.