Samsung holoqrafik virtual köməkçi hazırlayıb VİDEO


Digərləri 10 Mar 2018 07:41:00 299 0

Samsung holoqrafik virtual köməkçi hazırlayıb  VİDEO

Cənubi Koreyanın "Samsung" şirkəti "C-Lab" eksperimental laboratoriyasının əməkdaşları tərəfindən süni intellekt sahəsində hazırlanan bir neçə layihə haqda məlumat verib. Belə layihələrdən biri virtual ev köməkçisidir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Aurora" adlandırılmış sistem mobil proqram, həmçinin istifadəçi evdə olarkən smartfonu yerləşdirdiyi xüsusi qurğudan ibarətdir. Aparat enerji topladığı vaxt birləşdirici stansiyanın daxilində humanoid köməkçini təsvir edən psevdo holoqram peyda olur.

Təqdimat çarxına əsasən, "Aurora" istifadəçinin müxtəlif sorğularını başa düşə, ünsiyyəti dəstəkləyə, əşyaların psevdo holoqramını yarada və zəngləri qəbul edə bilər. Həmçinin virtual köməkçi smartfonun kamerasının köməyi ilə jest və emosiyaları başa düşərək virtual üz mimikasının köməyi ilə müvafiq reaksiya verir.


Xəbərə aid video