Tikinti şirkətlərinin fırıldağından bu yolla qurtulmaq mümkündür TƏFƏRRÜAT VİDEO


Digərləri 09 Mar 2018 23:03:00 267 0

Tikinti şirkətlərinin fırıldağından bu yolla qurtulmaq mümkündür  TƏFƏRRÜAT  VİDEO

Adətən müəyyən bir hissəsi tikilmiş binadan mənzil alan vətəndaşlar həmin binanın tikilib başa çatdırılacağından əmin olmurlar. Şirkət müflis olub tikintini davam etdirə bilməyəndə isə verdikləri pulu geri ala bilmirlər. Bəs belə halların baş verməməsi üçün xarici ölkələrdə hansı təcrübə tətbiq olunur?

Son.az bildirir ki, bir çox ölkələrdə belə problemlərin yaşanmaması üçün tikinti şirkətlərinin mülki məsuliyyəti sığortalanır.

Sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, hazırda Azərbaycanda sığortanın bu növündən istifadə olunmur. Ancaq belə bir təcrübə bir çox problemlərin qarşısını ala bilər.