Salyan sakini yol hamarlayan buldozer düzəldib VİDEO


Digərləri 09 Mar 2018 22:04:00 243 0

Salyan sakini yol hamarlayan buldozer düzəldib  VİDEO

Salyanın Şorsulu kənd sakini Həsən Abasov yeni qurğu düzəldib. Bu avadanlıq yolların hamarlanmasına xidmət edəcək.

Son.az bildirir ki, yol hamarlayan buldozer kamaz və traktorun ehtiyat hissələrindən hazırlanıb və 6 aya ərsəyə gəlib.

Bu texnikanın kiçik olması onun istənilən yerdə asanlıqla manevr etməsinə şərait yaradır. Buldozerdən fərqli olaraq bu qurğu texnikanın qabağında yox, arxa hissəsində yerləşir. Bu da sürücünün gördüyü işi nəzarətdə saxlamasına şərait yaradır.