"ATƏT missiyası seçkilərlə bağlı istənilən prosesin gedişini birbaşa izləyə bilər"


Digərləri 09 Mar 2018 19:38:00 243 0

"ATƏT missiyası seçkilərlə bağlı istənilən prosesin gedişini birbaşa izləyə bilər"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki,  M.Pənahov müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnuluğunu bildirib, görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

Səmimi qəbula görə MSK sədrinə minnətdarlıq edən ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri K.Yonker müşahidə missiyası barədə məlumat verərək bildirib ki, onlar seçkiqabağı və səsvermə günü proseslərini müşahidə edəcəklər. Sonra müşahidə missiyasının üzvləri 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqlarla maraqlanıblar.

M.Pənahov seçkilərin yüksək səviyyədə hazırlanıb şəffaf və ədalətli keçirilməsi istiqamətində görülmüş işlər və MSK-nin genişmiqyaslı maarifləndirmə proqramı barədə danışaraq ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün Komissiyanın fəaliyyəti və gerçəkləşdirilən çoxsaylı layihələri müşahidə missiyası üzvlərinin diqqətinə çatdırıb və bildirib ki, bütün addımlar tam şəffaflıq şəraitində atılır.