Azərbaycana maşın idxalında 50 faiz artım


Digərləri 09 Mar 2018 14:40:00 202 0

Azərbaycana maşın idxalında 50 faiz artım

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 ayda ölkəyə 2 065 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 1062 avtomobil gətirilib. 

Avtomobillərin 11 ədədi motorlu nəqliyyat vasitələri, 1 867 ədədi minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.