Bacılar reklama çəkildilər, ölümlə hədələndilər VİDEO FOTO


Digərləri 09 Mar 2018 13:58:00 239 0

Bacılar reklama çəkildilər, ölümlə hədələndilər  VİDEO  FOTO

Britaniyada populyar stənd-ap ustaları, komiklər və müğənnilər "Flo və Coan bacıları dueti" reklamda ifa etdikləri mahnıya görə ölümlə hədələniblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Nationwide" reklamındakı "Sisters" mahnısı sosial şəbəkələrdə geniş müzakirə olunub.

Twitter-dəki istifadəçilərdən biri isə yazıb: "Çox bərbad ifadır. Bu müğənni bacıları reklamdakı ifalarına görə öldürməyə kim tərəfdardır?"

Digər istifadəçi yazıb: "Mən zorakılıq tərəfdarı deyiləm. Amma bu qadınlar çolx uzaqda, ins-cins olmayan adada qalsaydılar hamımız üçün əla olardı".

Sosial şəbəkələrdə "#floandjoan" heşteqi ilə yayılan tənqidlər arasında təhdidlər və təhqirlər də az deyil.


Xəbərə aid fotolar